Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan
Bununla da ƏƏSMN tərəfindən son iki ayda 426 nəfərin, o cümlədən 286 nəfərin Lənkəran rayonuna, 140 nəfərin isə Şəki rayonuna istirahətə göndərilməsi təmin olunub. "Bu istiqamətdə işlər cari ilin yay mövsümü ərzində davam etdiriləcək. Belə ki, "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən, 2015-ci il ərzində ümumilikdə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub", - nazirlikdən bildirilib.
Qeyd edək ki, əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi ayrılan nəqliyyat vasitəsilə aparılıb-gətirilir. Mərkəzlərdə onların istirahəti xüsusi proqram çərçivəsində təşkil olunur, onlar üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə proseduralarına cəlb olunması və s. həyata keçirilir.