Yuxarı

70-ə yaxın gənc DSMF-də işə götürülüb

Elman Mehdiyev vakant dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə yeni qəbul olunan dövlət qulluqçuları ilə görüşüb

Bakı. 1 iyun. REPORT.AZ/ "May ayı ərzində Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması prosesində uğur qazanan 68 gənc uyğun vəzifələrə təyin olunub". "Report" xəbər verir ki, bunu Fondun sədri Elman Mehdiyev vakant dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə yeni qəbul olunan dövlət qulluqçuları ilə görüşündə bildirib.

O qeyd edib ki, "Dövlət qulluğu haqqında" qanun dövlət qulluqçularının hüquqi statusunu müəyyən etmək, onların sosial müdafiəsini gücləndirməklə yanaşı, bu şəxslərə qarşı tələbkarlığı da xeyli artırıb, onların xalqa və dövlətə daha yaxşı xidmət etməsinə, dövlət qulluğunun müasir dövrə uyğun meyarlarının formalaşmasına təkan verib.

E.Mehdiyev işə yeni qəbul olunan gəncləri təbrik edərək, onlara öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Dövlət qulluğuna müsabiqə yolu ilə yeni qəbul olunan gənclər öz çıxışlarında qəbul prosesinin şəffaf, obyektiv və ədalətli keçirilməsindən məmnunluqlarını ifadə ediblər və bilik və bacarıqlarının üzə çıxarılması üçün yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini bildiriblər. Gənclər onlara göstərilən bu yüksək etimadı öz əməli işləri ilə doğruldacaqlarına söz veriblər.

Tədbirin davamında "Azərbaycan Respublikasının sığorta-pensiya sistemi: inkişafın yeni mərhələsi" və "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzularında təqdimatlar keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi