600 mindən çox gecikdirilən sosial xarakterli ödənişlər işçilərə ödənilib

600 mindən çox gecikdirilən sosial xarakterli ödənişlər işçilərə ödənilib Ötən ay işdən qeyri-qanuni şəkildə azad edilən 16 nəfər yenidən öz əvvəlki işinə bərpa olunub
Sosial müdafiə
12 Sentyabr , 2015 05:20
600 mindən çox gecikdirilən sosial xarakterli ödənişlər işçilərə ödənilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin avqust ayında ümumilikdə 98 430 manat məbləğində gecikdirilən sosial xarakterli ödənişlərin işəgötürənlərin işçilərə ödəməsi təmin edib. Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin vəsaitin 80 847 manatı (82,1 faiz) əmək haqlarından, 15 492 manatı (15,7 faiz) sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub. Son bir ayda ödənilməsi gecikdirilən sosial xarakterli ödənişlərin məbləği ötən ilin avqust ayı ilə müqayisədə 4,2 dəfə, o cümlədən əmək haqları üzrə 4,2 dəfə, sosial müavinət və kompensasiyalar üzrə isə 8,9 dəfə çox olub.

Ümumilikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində bu ilin yanvar-avqust aylarında 602 525 manat məbləğində gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu dövrdə işdən qeyri-qanuni şəkildə azad edilən 16 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.

Son xəbərlər

Orphus sistemi