Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 5 nömrəli TSEK-də əməliyyat keçirdi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 5 nömrəli TSEK-də əməliyyat keçirdi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) əməliyyat keçirilib.
Sosial müdafiə
4 Sentyabr , 2020 13:00
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 5 nömrəli TSEK-də əməliyyat keçirdi

Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) əməliyyat keçirib.

"Report"un xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

"Daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) bir az öncə əməliyyat keçirilib", - F.Talıbov əlavə edib..

O bildirib ki, yaxın zamanda bununla bağlı mediaya geniş məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi