Son üç ayda 352 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Son üç ayda 352 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb olunub.
Sosial müdafiə
4 aprel 2019 10:09
Son üç ayda 352 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Report

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb olunub. 

Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.  

Bildirilib ki, həmin şəxslərdən artıq bir qismi kiçik biznes fəaliyyətinin qurulmasına dair zəruri bilik və bacarıqlara malik olmaları üçün bir aylıq təlim kurslarında iştirak edir.

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunacaqlar.

Hazırda əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri davam etdirilir.

Xatırladaq ki, ötən il özünüməşğulluq proqramı iştirakçılarından 1000 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

Son xəbərlər

Orphus sistemi