3 700-ə yaxın şəhid ailəsi aktiv məşğulluq proqramları ilə əhatə olunub

3 700-ə yaxın şəhid ailəsi aktiv məşğulluq proqramları ilə əhatə olunub Onlardan 3030-u özünüməşğulluq proqramına cəlb edilib
Sosial müdafiə
13 Mart , 2021 09:43
3 700-ə yaxın şəhid ailəsi aktiv məşğulluq proqramları ilə əhatə olunub

Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslər aktiv məşğulluq proqramları vasitəsilə sosial dəstəklə təmin edilirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, postmüharibə dövründə bu kateqoriyalardan olan 3700-dək şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 3030-u özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilməsi işləri aparılır.

645 nəfərin isə ödənişli ictimai işlər, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları vasitəsilə məşğulluq məsələlərinin operativ həllinə dəstək göstərilib.

Son xəbərlər

Orphus sistemi