2018-ci ilin dövlət büdcəsində sosial müdafiə xərcləri artırılıb

2018-ci ilin dövlət büdcəsində sosial müdafiə xərcləri artırılıb Bu sahəyə 2 milyard 197 milyin manat ayrılıb
Sosial müdafiə
20 Oktyabr , 2017 13:45
2018-ci ilin dövlət büdcəsində sosial müdafiə xərcləri artırılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ 2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2197.2 milyon manat vəsait ayrılıb. 

“Report” xəbər verir, bu, Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Layihədə qeyd olunub ki, ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2197.2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 154.8 milyon manat və ya 6.6 faiz azdır.

Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10.5 faiz təşkil edir.

Layihədə vurğulanıb ki, 2017-ci il dövlət büdcəsində 2016-cı ildə təbii qazın əsasən əhaliyə daxili bazarda maya dəyərindən aşağı qiymətə satılması nəticəsində yaranan zərərin örtülməsi məqsədi ilə sosial müdafiə və sosial təminat bölməsində 250.0 milyon manat birdəfəlik təyinatlı xərc (subsidiya) nəzərdə tutulurdu. Həmin xərclər 2017-ci ilin bazasından çıxarıldıqdan sonra 2018-ci ildə real olaraq sosial müdafiə və sosial təminat xərcləri bu illə müqayisədə 95.2 milyon manat və ya 4.5 faiz artırılıb.

Son xəbərlər

Orphus sistemi