​18 nəfər sağlamlıq imkanları məhdud gənc "Bakı 2015"də könüllü kimi iştirak edib

​18 nəfər sağlamlıq imkanları məhdud gənc "Bakı 2015"də könüllü kimi iştirak edib Həmin gənclər BEGOC-un könüllü kimi uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlarına layiq görülüblər
Sosial müdafiə
3 İyul , 2015 10:30
​18 nəfər sağlamlıq imkanları məhdud gənc Bakı 2015də könüllü kimi iştirak edib

Bakı. 3 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarını bitirən 18 nəfər sağlamlıq imkanları məhdud gənc "Bakı 2015" I Avropa Oyunlarında könüllü kimi iştirak edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin gənclər Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) könüllü kimi uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlarına layiq görülüblər.

Mərkəzdə peşə təlimi keçən gənclərin "Bakı 2015"in açılış və bağlanış mərasimlərini, canlı şəkildə izləmələri, mütəmadi olaraq yarışlarda tamaşaçı kimi iştirak etmələri də təmin olunub. Nazirlikdən bildirilib ki, yarışlarda Azərbaycan yığmasının qazandığı mühüm tarixi nailiyyətlər, xüsusən paracüdoçularımızın uğurları, o cümlədən ikiqat paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin parlaq qələbəsi onlara sonsuz sevinc və fərəh hissi bəxş edib.

Xatırladaq ki, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu ilin 6 ayında 258 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kursu keçib. Həmin gənclərdən 183 nəfəri bu ilin ötən dövründə kurslara cəlb edilib. Onlardan 144 nəfəri artıq kursları başa vurub və onlara peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilib, digər gənclərin isə peşə təlimi kursu davam edir.

Son xəbərlər

Orphus sistemi