Yuxarı

"142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin statistikası açıqlanıb

Mərkəzə daxil olan müraciətlərin sayı əvvəlki ayla müqayisədə azalıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - "Çağrı mərkəzi" 8897 müraciət cavablandırıb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, müraciətlərin 3702-i (41,6%) sosial təminat, 2104-ü (23,6%) əmək qanunvericiliyi, 1433-ü (16,1%) nazirliyin elektron xidmətlərindən istifadə, 943-ü (10,6%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 715-i (8%) məşğulluq məsələlərinə aid olub. Daxil olan müraciətlərin 92,2 faizi nazirliyin səlahiyyət dairəsinə dair məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb və sorğulara cavab olaraq vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. 691 müraciətdə əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələləri, təklif və şikayətlər əksini tapıb və onlar müraciət vərəqəsi tərtib olunmaqla araşdırılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Avqust ayında "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı əvvəlki iyul ayı ilə müqayisədə 8,4 faiz, o cümlədən sosial təminat məsələləri üzrə 11,7 faiz, əmək qanunvericiliyinə əməl olunması məsələləri üzrə 10,2 faiz, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə isə 18,4 faiz, məşğulluq məsələləri üzrə 1,6 faiz azalıb.

Nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı müraciətlərin sayı isə 10,6 faiz artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi