"142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı açıqlanıb

"142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı açıqlanıb Mərkəz tərəfindən 24 340-dan çox müraciət cavablandırılıb
Sosial müdafiə
3 Aprel , 2015 10:32
142-Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142-Çağrı mərkəzi"nə 24 341 müraciət daxil olub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müraciətlərdən 10 364-ü (42,58%) sosial təminat, 5 933-ü (24,37%) əmək qanunvericiliyi, 3 334-ü (13,7%) nazirliyin elektron xidmətlərindən istifadə, 2647-i (10,87%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 2 063-ü (8,48%) isə məşğulluq məsələlərini əhatə edib. Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 22 541-i (92,6%) ƏƏSMN-nin fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb.

Digər müraciətlərdə ayrı-ayrı vətəndaşların əmək və sosial təminat hüquqlarının müəyyən edilməsi məsələləri, eləcə də təklif və şikayətlər ifadə olunub ki, onlar müraciət vərəqəsi tərtib edilməklə, araşdırılmaq üçün nazirliyin aidiyyəti struktur bölmələrinə yönəldilib. Ümumilikdə "142-Çağrı mərkəzi"nə daxil olan bütün müraciətlərin operativ və obyektiv, qanunvericiliyin tələblərinə uyğun formada cavablandırılması təmin olunub.

Son xəbərlər

Orphus sistemi