Yuxarı

12 nəfər yenidən öz əvvəlki işinə bərpa olunub

Son 6 ayda 500 minə yaxın gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

Bakı. 23 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin yanvar-iyun aylarında ümumilikdə 489 min 402 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bu da ötən ilin ilk yarımili ilə müqayisədə 2,1 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 413 min 969 manatı əmək haqlarından, 8 278 manatı zərərə görə ödənclərdən, 67 min 155 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.

Bu sahədə yol verilən nöqsanlara görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Bununla yanaşı, son 6 ayda DƏMX işdən qeyri-qanuni şəkildə azad edilən 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını təmin edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi