Yuxarı

10 vətəndaş Azad Rəhimova iş üçün müraciət edib - FOTO

Qəbulda ümumilikdə 30 nəfərin şikayət və təkliflərinə baxılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rayonda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan qəbulda ümumilikdə 30 nəfərin şikayət və təkliflərinə baxılıb.

Müraciətlərdən 13-ü idman sahəsi (fəxri adların verilməsi, idman dərəcələrinin verilməsi, stadion idman avadanlığı, idman zallarının tikilməsi), 5-i gənclərlə iş sahəsi (QHT-in yaradılması, gənclərin mənzil şəraiti, gənclər mərkəzinin tikintisi ilə əlaqədar digər məsələlər), 10-u isə işlə təmin olunma üzrə olub.

Digər müraciətlər isə təhsil və sosial yardım ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi (idman avadanlıqlarının verilməsi) yerindəcə həllini tapıb.

Həll olunması vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb və bununla əlaqədar olaraq müvafiq tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi