Ziyafət Əsgərov: "Azərbaycan NATO PA-nın Ermənistanda keçiriləcək seminarında iştirak etməyəcək"

Ziyafət Əsgərov: "Azərbaycan NATO PA-nın Ermənistanda keçiriləcək seminarında iştirak etməyəcək" Bu barədə NATO PA sədrinə də məlumat verilib
Xarici siyasət
22 May , 2015 19:18
Ziyafət Əsgərov: Azərbaycan NATO PA-nın Ermənistanda keçiriləcək seminarında iştirak etməyəcək

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan NATO Parlament Assambleyasının Ermənistanda keçiriləcək "Rouz-Roud" seminarında iştirak etməyəcək. "Report" xəbər verir ki, bunu Milli Məclisin spikerinin 1-ci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu barədə NATO PA sədrinə də məlumat verilib.

"Nə qədər ki, Ermənistan işğalçı dövlət kimi tanınmayıb və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmayıb, belə tədbirlərin Ermənistanda keçirilməsi NATO PA-ya heç bir nüfuz gətirmir", - birinci vitse-spiker deyib.

Son xəbərlər

Orphus sistemi