Zakir Qaralov: "Azərbaycan hüquq-mühafizə orqanları Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq işlərində aktiv iştirak edir"

Zakir Qaralov: "Azərbaycan hüquq-mühafizə orqanları Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq işlərində aktiv iştirak edir" ​Türkiyənin Azərbaycandakı səfiri Baş Prokurorluqda olub
Xarici siyasət
8 Noyabr , 2016 18:12
Zakir Qaralov: Azərbaycan hüquq-mühafizə orqanları Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq işlərində aktiv iştirak edir

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Erkan Özoralla görüşüb.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, Z.Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə ifadə edildiyi, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş prokuror mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd edib.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən səfir Erkan Özoral ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi