Sentyabrın 10-da Baş prokuror Zakir Qaralov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror qonağı salamlayaraq iki ölkə arasında sürətlə inkişaf edən münasibətlərdən söhbət açıb, Azərbaycan Prezidenti
Hüquq mühafizə sahəsində təşəkkül tapmış və qarşılıqlı etimada əsaslanan əlaqələrdən bəhs edən Baş prokuror prokurorluq əməkdaşlarının Almaniyanın dövlət institutları və qeyri-hökumət sektorunda təlim və təcrübə mübadiləsi proqramlarına cəlb edildiklərini və bu sahədə əməkdaşlığa yüksək önəm verildiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan,
Səmimi qəbula görə təşəkkürünü bildirən Volfqanq Maniq ölkəmizdə görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib, xalqlarımız və ölkələrimizin mənafeləri, ikitərəfli münasibətlərin inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.