Yuxarı

Zakir Həsənov: "Azərbaycan, Gürcüstan və Türkiyə regional layihələrin təhlükəsizliyi sahəsində çox işlər görüb"

Zakir Həsənov: "Azərbaycan, Gürcüstan və Türkiyə regional layihələrin təhlükəsizliyi sahəsində çox işlər görüb"

Levan İzoriya: “Biz regional təhlükəsizlik, enerji layihələrinin mühafizəsi bizim əməkdaşlığımızın əsas prioritetlərindəndir”
© Report

Tbilisi. 16 oktyabr. REPORT.AZ/ “Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq çox yüksək səviyyədədir. Bununla belə biz, hələ çoxlu işlər görməliyik”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri, general –polkovnik Zakir Həsənov gürcü həmkarı Levan İzoria ilə görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

Zakir Həsənov deyib ki, biz ordu quruculuğunda, təlim və şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi sahəsində mühüm işlər görmüşük: "Gürcüstan Ordusunun zabitləri Azərbaycanda Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin təlimlərində yaxından iştirak ediblər. Gələcəkdə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə əsgəri təlimlərin də keçirilməsi nəzərdə tutulub”.

Nazir bildirib ki, regionda təhlükəsizliyin təmin olunmasında da çox işlər görülüb, xüsusən regionda həyata keçirilən enerji layihələrinin təhlükəsizliyinə xüsusi diqqət yetirilir: "Bununla əlaqədar, Azərbaycan, Gürcüstan və Türkiyə hərbçiləri birgə təlimlər keçirib, mühüm işlər görüblər. Biz bu sahədə də əməkdaşlığı genişləndirmək niyyətindəyik".

“Azərbaycan və Gürcüstan ərazi bütövlüyü və suverenliyimiz məsələsində də eyni mövqedən çıxış edirlər. Biz gələcəkdə də eyni mövqedən çıxış edəcəyik”, - deyə, general –polkovnik Zakir Həsənov vurğulayıb.

Levan İzoriya azərbaycanlı həmkarı ilə keçirdiyi görüşü olduqca məhsuldar adlandırıb. O bildirib ki, ikitərəfli hərbi əməkdaşlıq NATO çərçivəsində də inkişaf edir: “Regional təhlükəsizlik, enerji layihələrinin mühafizəsi bizim əməkdaşlığımızın əsas prioritetlərindəndir”.

“Azərbaycan bizim üçün yaxın siyasi və strateji tərəfdaşdır. Bizim mövqelərimizdə prinsipial ayrılıq yoxdur”,- deyə, İzoria vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi