Yuxarı
    Bağlamaq

    YUNESKO-nun yeni baş direktoru vəzifəsinə səsvermənin qalibi oktyabrın 13-dək açıqlanacaq

    Parisdə YUNESKO-nun İcraiyyə Şurasının 202-ci sessiyası işinə başlayıb

    Bakı. 5 oktyabr. REPORT.AZ/ Parisdə YUNESKO-nun İcraiyyə Şurasının 202-ci sessiyası işə başlayıb.

    "Report" xəbər verir ki, gündəliyə təşkilatın baş direktoru postuna namizədlərin nəzərdən keçirilməsi daxildir.

    YUNESKO-nun yeni rəhbərinin kimliyi ilə bağlı qərar oktyabrın 9-na təyin edilmiş gizli səsvermədən sonra qəbul ediləcək. Mütləq səs çoxluğu qazanacaq namizəd baş direktor təyin olunacaq.

    Hazırda YUNESKO-nun baş direktoru vəzifəsinə 8 namizəd iddia edir. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da var. Digər namizədlər Vyetnam, Misir, Qətər, Çin, İraq, Livan və Fransadandır.

    YUNESKO-da lazımi səs çoxluğu qazanmaq üçün bir neçə tur səsvermə keçirəcəyi istisna edilmir. Qalibin adının oktyabrın 13-dən gec olmayaraq elan ediləcəyi gözlənilir.

    İcraiyyə Şurası tərəfindən təyin olunan namizədin vəzifəyə təsdiqi noyabrın 10-da keçiriləcək. Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacağı gözlənilir. O, son iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik edən bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi