Yuxarı
    Bağlamaq

    YUNESKO-nun siyahılarına salınan Azərbaycanın mədəni irs nümunələrinin sayı açıqlanıb

    Baş katib: Azərbaycanın 2 maddi və 11 qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarına daxil edilib

    Bakı. 16 fevral. REPORT.AZ/ "Azərbaycanın 2 maddi və 11 qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarına daxil edilib".

    "Report" xəbər verir ki, bunu "İctimai" radioya müsahibəsində Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov bildirib.

    O, rəsmi Bakının YUNESKO ilə əməkdaşlığının tarixi, son 25 il ərzində Milli Komissiyanın ölkənin aidiyyəti dövlət qurumları, YUNESKO və üzv dövlətlər ilə birgə əməkdaşlıq çərçivəsində gördüyü işlərə toxunub. 

    E.Sultanov vurğulayıb ki, Azərbaycan ilə YUNESKO arasında mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Baş katib deyib ki, Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın 2 maddi və 11 qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun müvafiq siyahılarında yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi