Yunanıstan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Yunanıstan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici siyasət
18 Dekabr , 2019 16:51
Yunanıstan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

N.Kanellos diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər arasında habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi