Yaponiyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Yaponiyanın XİN rəhbəri Azərbaycana səfər edəcək Bakı. 2 sentyabr. REPORT.AZ/ Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfər edəcək.
Xarici siyasət
2 Sentyabr , 2018 22:33
Yaponiyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfər edəcək.

Bu barədə "Report" "Japantoday.com"a istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, sentyabrın 2-də nazirin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Taro Kono əvvəlcə Ermənistana və Gürcüstana, sentyabrın 5-də isə Azərbaycana gələcək. Bu, XİN rəhbərinin Ermənistan və Gürcüstana ilk səfəridir. O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.

Nazirin regiona səfərində məqsəd Cənubi Qafqaz ölkələri ilə Yaponiya arasındakı əməkdaşlığı genişləndirməkdir.

Yaponiya XİN rəhbəri Qafqaz regionuna səfərindən sonra Almaniyaya yola düşəcək.  

Son xəbərlər

Orphus sistemi