Yaponiyanın qrant yardımı ilə Balakən və Zaqatalada subartezian quyuları istifadəyə verilib

Yaponiyanın qrant yardımı ilə Balakən və Zaqatalada subartezian quyuları istifadəyə verilib Zaqatala. 24 sentyabr. REPORT.AZ/ Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində əhalinin içməli və həyatyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə Balakən və Zaqatala rayonlarının yaşayış məntəqələrində subartezian quyuları istifadəyə verilib.
Xarici siyasət
24 Sentyabr , 2018 16:34
Yaponiyanın qrant yardımı ilə Balakən və Zaqatalada subartezian quyuları istifadəyə verilib
0 : 00
0 : 00

Zaqatala. 24 sentyabr. REPORT.AZ/ Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində əhalinin içməli və həyatyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə Balakən və Zaqatala rayonlarının yaşayış məntəqələrində subartezian quyuları istifadəyə verilib. 

“Report”un Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Balakən rayonunun Hənifə və Mahamalar kəndlərində Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində əhalinin içməli və həyatyanı sahələrin su təminatının yaxşılaşdırılması layihəsinin başa çatması ilə əlaqədar keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori iştirak edib.

Mərasimdə bildirlib ki, hər iki yaşayış məntəqəsini əhatə edən layihənin reallaşması nəticəsində 600 sakin içməli su ilə təmin olunur. Eyni zamanda 200-dən artıq təsərrüfatın həyatyanı sahələrinin suvarılması da bu layihə çərçivəsində mümkün olacaq. Səfir Teruyuki Katori onu da diqqətə çatdırıb ki, bu, Yaponiya hökumətinin Balakəndə 4-cü layihəsidir. Bundan əvvəl iki kənd tibb məntəqəsinin və Balakən şəhərində tullantıların idarə edilməsini həyata keçirən poliqonun tikintisi reallaşıb. Yaxın gələcəkdə daha bir neçə sosial layihənin icrası istiqamətində iş aparıldığı diqqətə çatdırılıb.

Daha sonra Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori Zaqatalaya səfər edərək rayon icra hakimiyyəti rəhbərliyinin iştirakı ilə rayonun Qandax kəndində əhalinin içməli və həyatyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə yeni qazılıb istifadəyə verilən suartezan quyusunun aşılış mərasiminə qatılıb.

Son xəbərlər

Orphus sistemi