Yaponiyanın Azərbaycandakı səfiri diplomatik missiyasını martda başa vuracaq

Yaponiyanın Azərbaycandakı səfiri diplomatik missiyasını martda başa vuracaq Tsuquo Takahaşi: "Azərbaycan regionun özünəməxsus, xüsusi təbii gözəlliyi olan möhtəşəm ölkədir"
Xarici siyasət
27 Fevral , 2017 13:18
Yaponiyanın Azərbaycandakı səfiri diplomatik missiyasını martda başa vuracaq

Bakı. 27 fevral. REPORT.AZ/ "Mart ayında missiyam sona çatır və Yaponiyaya geri qayıdacağam".

Bunu "Report"a Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi deyib.

"Səfir kimi 3 il 3 ay işlədim", - deyə diplomat əlavə edib.

Səfir "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində Azərbaycanın bir sıra regionlarına səfər edib, oralarla tanış olduğuna görə məmnunluğunu bildirib.

"Azərbaycan regionun özünəməxsus, xüsusi təbii gözəlliyi olan möhtəşəm ölkədir", - deyə T.Takahaşi vurğulayıb.

Qeyd edək ki, "Report"un bir müddət əvvəl verdiyi məlumata görə, Yaponiya Azərbaycana 60 yaşlı Teruyuki Katoreni yeni səfir təyin edib. O, buna qədər Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyində baş direktor vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi