Yaponiyalı alim: "Azərbaycanın bizim üçün əhəmiyyəti daha da artır"

Yaponiyalı alim: "Azərbaycanın bizim üçün əhəmiyyəti daha da artır" Azərbaycanın Yaponiya üçün əhəmiyyəti daha da artır
Xarici siyasət
11 Mart , 2019 19:09
Yaponiyalı alim: Azərbaycanın bizim üçün əhəmiyyəti daha da artır
Report

Azərbaycanın Yaponiya üçün əhəmiyyəti daha da artır

Bu barədə “Report”a Yaponiyanın Keio Universitetinin Hüquq fakültəsinin professoru Yuiçi Hosoya bildirib.

“Yaponiyanın öz təbii sərvətləri yoxdur. Bu baxımdan, Azərbaycan bizim üçün öncül əhəmiyyət kəsb edir. Bu əhəmiyyət getdikcə daha da artacaq”, - deyə ekspert qeyd edib.

“Azərbaycanla Yaponiyanın bir çox ümumi cəhətləri var. Hər iki ölkədə Şərq və Qərb mədəniyyətləri qovuşur. Biz bir-birimizi daha yaxşı başa düşməli, əlaqələrimizi, xüsusilə də insanlar arasında təmasları daha da gücləndirməliyik”, - deyən yaponiyalı alim hazırda iki ölkə arasında işgüzar əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi