​YAP Türkiyə ilə Rusiyanın münasibətlərinin gərginləşməsinə münasibət bildirib

​YAP Türkiyə ilə Rusiyanın münasibətlərinin gərginləşməsinə münasibət bildirib “Türkiyə bizim üçün qardaş və strateji müttəfiq ölkədir, Rusiya da Azərbaycanın yaxın qonşusudur”
Xarici siyasət
26 Noyabr , 2015 16:31
​YAP Türkiyə ilə Rusiyanın münasibətlərinin gərginləşməsinə münasibət bildirib

Bakı. 26 noyabr. REPORT.AZ/ “Azərbaycan cəmiyyəti, bizim hər birimiz, hər bir vətəndaş son günlərdə məlum insidentlə əlaqədar Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən təəssüfləndiyini və narahat olduğunu bildirir”. “Report”un xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov son günlər Türkiyə ilə Rusiya arasında yaranmış gərgin münasibətləri şərh edərkən bildirib.

Əli Əhmədov qeyd edib ki, Türkiyə bizim üçün qardaş və strateji müttəfiq ölkədir: “Rusiya da Azərbaycanın yaxın qonşusudur, ölkələrimiz arasında hərtərəfli sıx dostluq əlaqələri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinin böyük tarixə malik olduğunu ayrıca vurğulamağı lazım bilirəm. Azərbaycana dost olan ölkələrin arasında qarşıdurmanın yaranmasını və dərinləşməsini arzu etmirik. Biz mümkün qədər tezliklə hər iki ölkə arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. İnanıram ki, bu, bütün tərəflərin maraqlarına cavab verir, habelə bölgədə xoşagəlməz proseslərin qarşısını almağa xidmət göstərə bilər. Qəti əminliklə demək istəyirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə Rusiya arasında yaranmış arzuolunmaz gərginliyin tezliklə aradan qaldırılması naminə hər iki ölkə ilə dostluq münasibətləri çərçivəsində xidmətlərini təklif etməyə, zəruri addımlar atmağa hazırdır”.

Son xəbərlər

Orphus sistemi