Yuxarı

Xüsusu nümayəndə: "Rusiya Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq"

Xüsusu nümayəndə: "Rusiya Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq"
© Report / Firi Salim — Xarici İşlər nazirinin müavini Xələf Xələfov

"Bu gündən sonra Xəzər dənizində yeni Trans-Xəzər layihələrinin inkişaf etdirilməsi üzrə də əməkdaşlığımızı davam etdirəcəyik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, sentyabrda Rusiya Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq: "Azərbaycan, Qazaxıstan və Türkmənistanın dünya okeanına çıxışı yoxdur. Ancaq bu çıxış Rusiya və İran vasitəsilə həyata keçirilə bilər. Bu ölkələr bu sahədə öz tərəfdaşlıqlarını qonşu ölkələrə təqdim etməkdə israrlıdırlar. Bu məsələnin də Konvensiyada öz əksini tapması yaxşı haldır. Artıq Xəzər dənizi üzrə danışıqlar başa çatıb və Konvensiya 3 ölkə tərəfindən ratifikasiya olunub. Ümid edirik ki, sentyabrda Rusiya Dövlət Duması və Federasiya Şurası tərəfindən bu Konvensiya təsdiqlənəcək. Düşünürəm ki, bundan sonra estafet İranda olacaq. İnanıram ki, İran da öz üzərinə düşən hissəni həll edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi