Yuxarı

Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Kolinda Qrabar-Kitaroviçi Yaqub Eyyubov, Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar

Bakı. 25 oktyabr. REPORT.AZ/ Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.

“Report”un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi