Yuxarı

Xocalı şəhidləri Salzburqda da anılıb

​Xocalı şəhidləri Salzburqda da anılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 26-da Avstriya Respublikasının Salzburq şəhərində Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

“Report” xəbər verir ki, mərasimi açan AAC rəhbəri Fərid Əzizov Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib.

Qeyd edilib ki, 27 il bundan öncə törədilmiş soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib. F.Əzizov tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Salzburq Əlibəy Məscidi və Mədəniyyət Cəmiyyətinə və onun rəhbəri Cəfər Oruc bəyə tədbirin təşkilində göstərdiyi dəstəyə görə təşəkkür edib.

F.Əzizov çıxışında bildirib ki, törədilən bu cinayət bəşəriyyət tarixinə ən utancverici bir ləkədir.

Tədbirdə iştirak edən qonaqlar erməni vandalizmini qınayaraq bu hadisəni törədənlərin gec-tez insanlıq qarşısında cəzalandırılacaqlarını dilə gətiriblər.

Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə Quran oxunub və ehsan verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi