Kiyevdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş konsert-rekviyem və rəsm sərgisi keçiriləcək

Kiyevdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş konsert-rekviyem və rəsm sərgisi keçiriləcək Konsertdə Azərbaycan və dünya bəstəkarlarının musiqiləri ifa olunacaq
Xarici siyasət
10 Fevral , 2015 14:48
Kiyevdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş konsert-rekviyem və rəsm sərgisi keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 24-də Ukraynada Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş konsert-rekviyem keçiriləcək. Bu barədə "Report"a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Ukrayna millət vəkillərinin, Kiyevdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin və diplomatlarının, Ukrayna ictimaiyyətinin və Azərbaycan diasporunun üzvlərinin iştirakı gözlənilir.

Tədbirdə Kiyev Dövlət Filarmoniyasının Kiyev solistləri orkestri Qəbələ beynəlxalq musiqi festivalının həmtəsisçisi Dmitri Yablonskinin dirijorluğu və Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin solistliyi ilə Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edəcək.

Eyni zamanda, mərasim salonunda Azərbaycan və Ukrayna rəssamlarının rəsm və foto əsərlərinin sərgisi təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi