XİN rəhbəri Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

XİN rəhbəri Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Xarici İşlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib.
Xarici siyasət
4 Sentyabr , 2019 21:25
XİN rəhbəri Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib.

“Report” xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi