Litvanın XİN rəhbəri: “Şərq Tərəfdaşlığı” ölkələri islahatları davam etdirməlidir”

Litvanın XİN rəhbəri: “Şərq Tərəfdaşlığı” ölkələri islahatları davam etdirməlidir” “Şərq Tərəfdaşlığı” üzrə tərəfdaşlarımızın tərəqqisi, həmçinin motivasiyanın qorunub saxlanılması olduqca vacibdir”.
Xarici siyasət
8 Aprel , 2019 13:58
Litvanın XİN rəhbəri: “Şərq Tərəfdaşlığı” ölkələri islahatları davam etdirməlidir”

“Şərq Tərəfdaşlığı” üzrə tərəfdaşlarımızın tərəqqisi, həmçinin motivasiyanın qorunub saxlanılması olduqca vacibdir”.

“Report”un yerli bürosu Gürcüstanın İctimai Televiziyasına istinadla xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən öncə Litvanın XİN başçısı Linas Linkyaviçyus deyib.

O, “Şərq Tərəfdaşlığı” proqramı üzrə yaxşı nəticələrin əldə olunduğunu bildirib: “Bu nəticələrə assosiasiya haqqında saziş, vizasız rejim daxildir. Əlbəttə ki, biz ümid etməliyik ki, bizim tərəfdaşlar motivasiyalı olacaq və prosesə cəlb olunacaqlar. Tərəfdaşların tərəqqi etməsi və islahatları davam etdirməsi olduqca önəmlidir”.

L.Linkyaviçyusun sözlərinə görə, proqram çərçivəsində ictimai diplomatiya da vacibdir: “Tərəfdaş ölkələrdə vətəndaşlar da bu prosesə cəlb olunmalıdır. Onlar baş verənləri görməli və qiymətləndirməlidirlər. Bizim proqram gələcəkdə də mütləq davam etdiriləcək və hazırda nəticələrə yekun vurmaq zamanıdır”.

XİN rəhbəri qeyd edib ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin motivasiyasına dəstək vermək üçün onların perspektivlər görməsi lazımdır. 

Son xəbərlər

Orphus sistemi