Vaşinqtonda Azərbaycan Respublikasının Xarici İşlər naziri
"Report" xəbər verir ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığının siyasi gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə etdilər.
Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.
Bölgədə mövcud olan vəziyyət barədə danışan iki dövlət rəsmisi həlli uzadılmış Ermənistan-Azərbaycan
Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilib və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət katibinin müavini tərəfindən vurğulanıb.
Tərəflər habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrini, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.