XİN: "Parisdə törədilən terror aktı nəticəsində ölən və yaralananlar arasında hələlik Azərbaycan vətəndaşı yoxdur"

XİN: "Parisdə törədilən terror aktı nəticəsində ölən və yaralananlar arasında hələlik Azərbaycan vətəndaşı yoxdur" "Ölənlərin və yaralananların şəxsiyyətinin və vətəndaşlığın müəyyən edilməsi prosesi davam edir"
Xarici siyasət
14 Noyabr , 2015 16:52
XİN: Parisdə törədilən terror aktı nəticəsində ölən və yaralananlar arasında hələlik Azərbaycan vətəndaşı yoxdur

Bakı. 14 noyabr. REPORT.AZ/ "Parisdə törədilən terror aktı nəticəsində ölən və ya yaralananlar arasında hələlik Azərbaycan vətəndaşı yoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi qeyd edib ki, bu, saat 17-ə olan məlumatdır və ölən və ya yaralananlar arasında göstərilən müddətədək Azərbaycan vətəndaşına rast gəlinməyib: "Ölənlərin və yaralananların şəxsiyyətinin və vətəndaşlığın müəyyən edilməsi prosesi davam edir".

H.Hacıyev vurğulayıb ki, hansısa həmvətənlimizin zərər çəkməsi barədə kiminsə hər hansı məlumatı varsa Azərbaycanın Fransadakı səfirliyinin + 33 (0)1 44 18 60 20 telefon nömrəsinə müraciət etsin.

Son xəbərlər

Orphus sistemi