XİN: Karasin Bakıda ikitərəfli əlaqələr, Xəzər dənizində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

XİN: Karasin Bakıda ikitərəfli əlaqələr, Xəzər dənizində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Tərəflər görüşdə regiondakı vəziyyətin inkişafı barədə fikir mübadiləsi də aparıblar
Xarici siyasət
5 Mart , 2016 16:43
XİN: Karasin Bakıda ikitərəfli əlaqələr, Xəzər dənizində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 5 mart. REPORT.AZ/ Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşü zamanı Xəzər dənizində beynəlxalq əməkdaşlıqla bağlı sənədlərin hazırlanması prosesi ətrafında müzakirələr aparıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın diplomatik nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, o cümlədən mövcud razılaşmaya əsasən, siyasi səviyyədə görüşlər üçün hazırlıq müzakirə olunub.

Tərəflər görüşdə regiondakı vəziyyətin inkişafı barədə fikir mübadiləsi də aparıblar.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna, eləcə də Xəzər regionunda beynəlxalq əməkdaşlığa dair sənədlərin işlənib hazırlanması prosesinə xüsusi diqqət ayrılıb", - deyə Rusiya XİN-in məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi