XİN başçısı: "Yaponiya Azərbaycanı mühüm enerji oyunçusu hesab edir"

XİN başçısı: "Yaponiya Azərbaycanı mühüm enerji oyunçusu hesab edir" Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamağı planlaşdırır
Xarici siyasət
5 Sentyabr , 2018 13:13
XİN başçısı: Yaponiya Azərbaycanı mühüm enerji oyunçusu hesab edir
Report/Elçin Murad

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Yaponiya Azərbaycanı Avropanı Asiya ilə birləşdirən vacib ölkə, eləcə də mühüm enerji oyunçusu hesab edir".

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün yekununda deyib.

Yaponiya XİN başçısı bildirib ki, Azərbaycanla münasibətlər yüksək səviyyədədir: "Rəsmi Tokio həmçinin Yaponiyanın regionda biznes mühitinin inkişafı və yaxşılaşdırılmasına yardfım edəcəyi "Qafqaz təşəbbüsü" proqramını təklif edib".

T.Kononun sözlərinə görə, Yaponiya və Azərbaycan həmçinin bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, o cümlədən Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq qərara alınıb.

Son xəbərlər

Orphus sistemi