​XİN başçısı: "Türkiyə terrorizmlə mübarizə və enerji layihələrinin təhlükəsizliyini üçün bütün tədbirləri görür"

​XİN başçısı: "Türkiyə terrorizmlə mübarizə və enerji layihələrinin təhlükəsizliyini üçün bütün tədbirləri görür" "Türkiyə və Azərbaycan terrorizmlə mübarizə məsələsində həmrəydirlər"
Xarici siyasət
16 Sentyabr , 2015 15:40
​XİN başçısı: Türkiyə terrorizmlə mübarizə və enerji layihələrinin təhlükəsizliyini üçün bütün tədbirləri görür

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Türkiyə öz ərazisindən keçən boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür". "Report" xəbər verir ki, bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri mətbuat konfransında Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan terrorizmlə mübarizə məsələsində həmrəydirlər və eyni mövqedən çıxış edirlər.

"Terror qlobal problemdir. Türkiyə terrorizmlə mübarizə aparmaq və enerji layihələrinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür. Boru kəmərlərinə olan hər hansı bir təhlükə bütün Türkiyəyə qarşı yönəlib", - F.Sinirlioğlu deyib.

Son xəbərlər

Orphus sistemi