XİN başçısı: "Rusiya və ABŞ arasındakı əlaqələr Qarabağ münaqişəsinin həllinə təsir göstərmir"

XİN başçısı: "Rusiya və ABŞ arasındakı əlaqələr Qarabağ münaqişəsinin həllinə təsir göstərmir" "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün durğunluğu aradan qaldırmağa kömək edəcəyinə ümidvaram"
Xarici siyasət
20 Noyabr , 2017 11:37
XİN başçısı: Rusiya və ABŞ arasındakı əlaqələr Qarabağ münaqişəsinin həllinə təsir göstərmir

Bakı. 20 noyabr. REPORT.AZ/ "Rusiya və ABŞ arasındakı əlaqələr Dağlıq Qarabağ münaqişəsinin həllinə heç cür təsir göstərmir".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda "ADA" Universitetində mühazirəsi zamanı deyib.

"ABŞ-ın Rusiya ilə siyasətində dərin fikir ayrılığı mövcud olsa da, Qarabağ münaqişəsi məsələsində Vaşinqtonun mövqeyi dəyişməz qalıb. Bir çox məsələlər üzrə münasibətlər dalana dirənib, amma Dağlıq Qarabağ nizamlanması üzrə əməkdaşlıq bundan zərər görməyib", - S.Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ və Fransa ilə birlikdə çox yaxşı bilinən ortaq mövqe tutub.

"Ümidvaram, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay keçirilən görüşü ümumi səylərə baxmayaraq, yaranmış durğunluğu aradan qaldırmağa kömək edəcək və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru hərəkət etməyə imkan verəcək" - S.Lavrov bildirib.

Son xəbərlər

Orphus sistemi