XİN başçısı: “Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadədə maraqlıdır”

XİN başçısı: “Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadədə maraqlıdır” “Özbəkistan dünya bazarlarına çıxmaq üçün Gürcüstanın tranzit infrastrukturundan, xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə maraqlıdır”.
Xarici siyasət
12 Sentyabr , 2019 14:29
XİN başçısı: “Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadədə maraqlıdır”

“Özbəkistan dünya bazarlarına çıxmaq üçün Gürcüstanın tranzit infrastrukturundan, xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə maraqlıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Abduləziz Kamilov gürcü həmkarı David Zalkaliani ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, Özbəkistan həmçinin Gürcüstanın Batumi, Poti və Anaklia limanlarına da maraq göstərir.

XİN başçısı deyib ki, Gürcüstan və Özbəkistanın bir sıra beynəlxalq və regional məsələlər üzrə ümumi mövqeləri var. A.Kamilov iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda yüksək səviyyədə əməkdaşlığın olduğunu vurğulayıb.

Qeyd edək ki, D.Zalkaliani Gürcüstan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə bağlı Daşkənddə səfərdədir. 

Son xəbərlər

Orphus sistemi