Yuxarı

XİN başçısı: “Gürcüstanla Azərbaycan arasında sərhədlə bağlı danışıqlar masasında çox həssas məsələlər var”

XİN başçısı: “Gürcüstanla Azərbaycan arasında sərhədlə bağlı danışıqlar masasında çox həssas məsələlər var”

“Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi ilə bağlı danışıqların uzun fasilədən sonra ilk mərhələsinin baş tutması vacibdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O deyib ki, bütün məsələlər bir və ya iki mərhələ ilə həll oluna bilməz: “Bunun üçün çox ciddi iş aparılmalıdır. Danışıqlar masasında çox həssas məsələlər var. Əlbəttə ki, bu məsələlər arasında ən vacibi Keşikçi Dağı Məbəd-Kompleksi və onun ətrafındakı vəziyyətdir”.

XİN başçısı qeyd edib ki, Gürcüstan tərəfi məsələ ilə bağlı öz mövqeyini açıqlayıb: “Bizim və tərəfdaşımız olan Azərbaycanın istəyi ondan ibarətdir ki, razılıqlar strateji maraqlara uyğun olmalıdır. Çünki Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli münasibətləri əksər hallarda strateji tərəfdaşlıq müəyyən edir”.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi