XİN başçısı: "Bakı Bəyannaməsində Qarabağ münaqişəsi barədə bənd var"

XİN başçısı: "Bakı Bəyannaməsində Qarabağ münaqişəsi barədə bənd var" "Nazirlər BMT-nin qətnamələrinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına təəssüfləndiklərini bildirir"
Xarici siyasət
6 Aprel , 2018 17:41
XİN başçısı: Bakı Bəyannaməsində Qarabağ münaqişəsi barədə bənd var
Xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elchin Murad

Bakı. 6 aprel. REPORT.AZ/ "Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının yekun Bəyannaməsi nazirlərin ölkələrin ərazi bütövlüyünə, daxili işlərinə qarışmamağa sadiqliklərini ifadə etdikləri balanslı sənəddir".

"Report" xəbər verir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransının bağlanış mərasimində bu konfransın sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının XİN başçılarının konfransında qəbul edilmiş digər sənəddə - Bakı Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsi əksini tapıb: "Bakı Bəyannaməsində Qarabağ münaqişəsi barədə bənd var. Sənədin Avropa ilə bağlı hissəsində nazirlər qeyd ediblər ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayır. Nazirlər buna təəssüfləndiklərini bildirirlər".

Son xəbərlər

Orphus sistemi