XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar mövqeyini açıqlayıb.
Xarici siyasət
15 Avqust , 2019 17:22
XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar mövqeyini açıqlayıb.

"Report"un xəbərinə görə, KİV nümayəndələrinin sualının cavablandıran XİN-in Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır:

"Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib".

Son xəbərlər

Orphus sistemi