"Azərbaycan
Bunu “Report”un sorğusuna cavab olaraq
Ukrayna, Gürcüstan və Moldovanın xarici işlər nazirlərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində “Şərq Tərəfdaşlığı” regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciətini şərh edən XİN sözçüsü vurğulayıb ki, rəsmi Bakı ittifaqla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
"Prezident
O qeyd edib ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"nın gələcəyi ilə bağlı tərəfdaş ölkələrdə dövlət, vətəndaş cəmiyyəti və işgüzar dairələrin iştirakı ilə genişmiqyaslı ictimai müzakirələr aparıb: "Azərbaycan bu gün Avropa İttifaqının enerji sahəsində strateji və etibarlı tərəfdaşıdır. Ölkəmiz bu münasibətlərini regional təhlükəsizlik çağırışlarının aradan qaldırılması sahəsində əks etdirmək marağındadır. Eyni zamanda Şərq-Qərb və Cənub-Qərb istiqamətlərində regional nəqliyyat layihələrini həyata keçirməklə Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiya və uzaq Şərq ölkələri ilə nəqliyyat bağlantılarının yaradılması strategiyasının reallaşdırılmasında müstəsna rola malikdir. Bu səbəbdən enerji sahəsi ilə yanaşı Avropa İttifaqı ilə həm siyasi-təhlükəsizlik, həm də nəqliyyat mövzuları üzrə ayrıca dialoq alətləri yaradılmaqdadır".