XİN: Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət yoxdur

XİN: Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət yoxdur “Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri ilə bağlı hər hansı məhdudiyyətlər movcud deyil”.
Xarici siyasət
13 May , 2020 17:22
XİN: Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət yoxdur
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva / Report/Firudin Səlimov

“Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri ilə bağlı hər hansı məhdudiyyətlər movcud deyil”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Pandemiya dövründə əgər vətəndaşların gedəcəyi ölkələrdə onların qəbul edilməsinə məhdudiyyətlər yoxdursa, həmin vətəndaşların xarici səfəri təmin olunur”, - L.Abdullayeva deyib.

Son xəbərlər

Orphus sistemi