Yuxarı

XİN: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək

XİN: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir
© Report/ Elchin Murad — Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

Bakı. 3 aprel. REPORT.AZ/ "Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə Avropa qitəsində və dünyanın digər yerlərində sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilmiş və müzakirə olunan sənədlər beynəlxalq hüququn prinsiplərinə və normalarına əsaslanır, o cümlədən BMT Baş Assambleyasının qərarlarına əsaslı təsir göstərir.

H.Hacıyev Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib.

Xatırladaq ki, 2019-2022-ci illərdə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi