Xəzərin hüquqi statusu ilə bağlı komissiyanın iclası yanvarın sonlarında Bakıda keçiriləcək

Xəzərin hüquqi statusu ilə bağlı komissiyanın iclası yanvarın sonlarında Bakıda keçiriləcək Həmçinin 2017-ci ildə keçiriləcək sammitinə hazırlıq işləri də müzakirə olunacaq
Xarici siyasət
20 Yanvar , 2017 11:02
Xəzərin hüquqi statusu ilə bağlı komissiyanın iclası yanvarın sonlarında Bakıda keçiriləcək

Bakı. 20 yanvar. REPORT.AZ/ Xəzərin hüquqi statusu ilə bağlı komissiyanın iclası yanvarın sonlarında Bakıda keçiriləcək.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, bu iclas nazirlər səviyyəsində keçiriləcək görüşə hazırlıq statusunu daşıyır. "Eyni zamanda konvensiya layihəsi ilə bağlı razılaşdırılmamış məsələlər müzakirə olunacaq. Həmçinin 2017-ci ildə keçiriləcək sammitə hazırlıq işləri də müzakirə olunacaq".

Son xəbərlər

Orphus sistemi