Yuxarı

Xələf Xələfov: "Tərəflər Xəzər dənizində hərbi əməliyyatlar haqqında saziş layihəsi üzərində işləyir"

Xələf Xələfov: "Tərəflər Xəzər dənizində hərbi əməliyyatlar haqqında saziş layihəsi üzərində işləyir"

Delimitasiya beynəlxalq hüquq normalarına uyğun və əldə edilmiş razılaşmalara əsasən aparılacaq
© Report/ Orkhan Azim

Bakı. 6 dekabr. REPORT.AZ/ "Xəzər dənizinin delimitasiyası beynəlxalq hüquq normalarına və əldə edilmiş razılaşmalara uyğun olaraq həyata keçiriləcək".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.

"Tərəflər Xəzər dənizində hərbi əməliyyatlar haqqında bütün ölkələrin təhlükəsizliyi və baş verə biləcək hadisələrin qarşısının alınmasına əsaslanan saziş layihəsi üzərində işləyir", - X.Xələfov bildirib.

O əlavə edib ki, Xəzər dənizinin dib hissəsi milli sektorlara bölünəcək və bu məsələdə Azərbaycan Türkmənistan və İranla danışıqları davam etdirəcək.

Xatırladaq ki, XİN başçılarının görüşünün yekununda, demək olar ki, 20 ildir üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın mətni üzrə hazırlığı, faktiki olaraq, başa çatdırmaq mümkün olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi