Xələf Xələfov Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri ilə görüşüb

Xələf Xələfov Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri ilə görüşüb Nazir müavini əməkdaşlığın müxtəlif sahələrində, xüsusilə iqtisadi sferada inkişafı üçün geniş imkanların olduğunu bildirib
Xarici siyasət
21 May , 2015 11:09
Xələf Xələfov Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri ilə görüşüb

Bakı. 21 may. REPORT.AZ/ Xarici işlər nazirinin müavini Xələf Xələfov Kanada Parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü, parlamentdə fəaliyyət göstərən Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolini qəbul edib. XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, X.Xələfov deyib ki, Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişafı baxımından parlamentlərarası münasibətlər mühüm yer tutur. Nazir müavini əməkdaşlığın müxtəlif sahələrində, xüsusilə iqtisadi sferada inkişafı üçün geniş imkanların olduğunu bildirib.

Regional inkişaf və inteqrasiyaya başlıca əngəl olan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin son durumu barədə məlumat verən nazir müavini bu prosesdə dağıdıcı mövqe tutan Ermənistanın sülhə vadar edilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiqinə son qoyulmalı və ədalətli mövqe ortaya qoyulmalı olduğunu vurğulayıb. X.Xələfov əlavə edib ki, NATO-nun üzvü olan Kanada da bu prosesdə fəal olmalıdır, Kanada şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinə yol verilməməlidir. 

Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolini bildirib ki, Bakıya dördüncü dəfə səfər edir. O, Azərbaycanın gündən-günə inkişafı və tərəqqisinin xoş təəssüratlar oyatdığını qeyd edib. B.Devolini Kanada ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından mövcud potensialların konkret layihələrdə əks olunmasının faydalı olacağını söyləyib. 

Son xəbərlər

Orphus sistemi