Xələf Xələfov: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur"

Xələf Xələfov: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur" "Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır"
Xarici siyasət
20 Oktyabr , 2016 17:50
Xələf Xələfov: Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı edilməsi ilə əlaqədar insan hüquqları sahəsində öhdəliklərini tam yerinə yetirə bilmir".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyasında deyib.

O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün düşdüyünü, onların hüquqlarının pozulduğunu xatırladıb: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və hərbi cinayətlər törədirlər".

Nazir müavini rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu bir daha bildirib.

Son xəbərlər

Orphus sistemi