Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 7-də Vyanada Avropa Komissiyasının təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı ölkələrinin illik konfransı keçiriləcək.
“Report” xəbər verir ki, Şərq Tərəfdaşlığı ölkələrinin bugünkü V biznes-forumundakı kimi, konfransda da
Konfrans ərəfəsində Avropa Komissiyasının nümayəndəsi Yohannes Hahn hər iki tədbiri Şərq Tərəfdaşlığı çərçivəsində indiyədək əldə olunan birgə nailiyyət və “2020-ci ilədək 20 hədəf” müəyyənləşdirmək üçün gözəl fürsət kimi dəyərləndirib.
Bu ölkələrdə iqtisadiyyatı və toplumları gücləndirərək əhalinin rifah halını yüksəltmək, bununla da regionda sabitliyi davamlı hala gətirmək istiqamətində gələcək tədbirlərin müzakirəsi üçün platforma kimi nəzərdə tutulan hər iki tədbirin Şərq Tərəfdaşlığının gələn il qeyd olunacaq 10 illik yubileyi ərəfəsində keçirildiyi və 500-dək iştirakçı topladığı da diqqətə çatdırılıb.