Vyanada keçirilən gənc işçilər üçün beynəlxalq təlim kursunda azərbaycanlı gənclər iştirak ediblər

Vyanada keçirilən gənc işçilər üçün beynəlxalq təlim kursunda azərbaycanlı gənclər iştirak ediblər Tədbirin ikinci günü Azərbaycan mədəniyyət gecəsi keçirilib
Xarici siyasət
5 May , 2015 14:49
Vyanada keçirilən gənc işçilər üçün beynəlxalq təlim kursunda azərbaycanlı gənclər iştirak ediblər

Bakı. 5 may. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyana şəhərində gənc işçilər üçün beynəlxalq təlim kursu keçirilib. Təlimlərdə Azərbaycan, Moldova, Polşa, İtaliya, Ermənistan, Macarıstan, Belarus, Gürcüstan, Avstriya, Portuqaliyadan gənclər iştirak ediblər. “Report”un xəbərinə görə, tədbir zamanı gənclər layihələrin yazılması və icra edilməsi ilə bağlı xüsusi təlimlər keçib, müxtəlif maarifləndirici oyunlarda iştirak ediblər.

Tədbirin ikinci günü Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Gənclər üçün Təhsil Mərkəzinin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında iştirakçı dövlətlərin təmsilçilərinə məlumatlar verib, Azərbaycan haqqında hazırlanmış video çarx, mədəni irs toplusu əhatə edilən slaydlar, milli mətbəximizin yeməklərini nümayiş etdiriblər. Tədbirin sonunda könüllülər I Avropa Oyunlarının xüsusi təqdimatını keçirərək, böyük idman bayramı çərçivəsində Azərbaycan dövləti tərəfindən görülən işləri iştirakçıların diqqətinə çatdırıblar .

Son xəbərlər

Orphus sistemi