Vyanada Azərbaycan xarici işlər nazirinin müavininin iştirakı ilə ATƏT-in Daimi Şurasının iclası keçirilir

Vyanada Azərbaycan xarici işlər nazirinin müavininin iştirakı ilə ATƏT-in Daimi Şurasının iclası keçirilir Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı cari vəziyyət müzakirə ediləcək
Xarici siyasət
11 Fevral , 2016 14:08
Vyanada Azərbaycan xarici işlər nazirinin müavininin iştirakı ilə ATƏT-in Daimi Şurasının iclası keçirilir

Bakı. 11 fevral. REPORT.AZ/ Vyanada ATƏT Daimi Şurasının iclası öz işinə başlayıb. "Report" xəbər verir ki, bugünkü iclasda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov iştirak edir. O, Şurada çıxış da edəcək.

Görüş zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı cari vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Daimi Şura ATƏT-in qərarların qəbulu üzrə əsas daimi fəaliyyət göstərən orqanıdır. Şura hər həftə Vyanada bir araya gəlir və müvafiq qərarlar qəbul etmək üçün ATƏT məkanında mövcud vəziyyəti müzakirə edir.

Son xəbərlər

Orphus sistemi